İranda su idarəsinin işçiləri silahlı hücuma məruz qalıb.
KONKRET.az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, Xuzistan əyalətinin Mahşəhr və Çəmran şəhərlərində xidməti əraziyə baxış keçirən Su və Kanalizasiya İdarəsinin üç işçisi güllələnib.
Silahlı hücum nəticəsində işçilərdən ikisi ölüb, biri isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.//Oxu.Az