İranda idmançı edam edildi – Pompeo bu haqda tvit yazdıbackend

İranda idmançı edam edildi – Pompeo bu haqda tvit yazdı

27 yaşlı Afkari İranın cənubdakı Şiraz şəhərində Adel-Abad həbsxanasında asılaraq edam edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İran dövlət mediası yayıb.

Mənbə bildirir ki, bundan əvvəl ona 74 şallaq vurulub. Təqsirləndirilən şəxsin vəkili daha sonra müvəkkilinin İran qanunları tələb etdiyi kimi ölümündən əvvəl ailəsi ilə görüşməsinə icazə verilmədiyini söyləyib.

Beynəlxalq Olimpiya Komitəsi qarışıq döyüş növü döyüşçüsü olan Navid Afkarinin İranda edam edilməsindən şoka düşüb. Komitənin edamdan bir neçə saat sonra verdiyi açıqlamada “Bu, çox kədərli bir xəbərdir” sözləri yazılıb.

IOC qeyd edib: “Fikirlərimiz Navid Afkarinin ailəsi və dostları ilə əlaqədardır”.

27 yaşlı Navid Afkari BOK prezidenti Tomas Baxın İranın ali rəhbərinə və prezidentinə müraciətinə baxmayaraq 12 sentyabr şənbə günü edam edilib.

“Alman dalğası” nəşri xəbər verir ki, Baxın məktubunda idmançının bağışlanması və BOK-un İslam respublikasının suverenliyinə hörmət göstərməsi barədə bir istək var idi. İran səlahiyyətliləri bu tələbi nəzərə almayiblar.

Afkarinin edam hökmü İranın cənubundakı Şiraz şəhərində Adel-Abad həbsxanasında icra edilib. İran səlahiyyətlilərinin verdiyi məlumata görə, 2018-ci ildə Şirazdakı etiraz aksiyaları zamanı Afkari bir hüquq-mühafizə orqanının rəsmisini öldürüb. Daha sonra cinayəti etiraf edib. Ancaq idmançı, ailəsi və insan haqları təşkilatları etirafın işgəncə altında edildiyini vurğulayıblar. Afkari qardaşları – Vahid və Xabib 54 və 27 il həbs cəzası ilə yanaşı 74 şallaq cəzasına məhkum edilib.

Afkari əvvəllər işgəncə verildiyini bildirmişdi. Vəkil müvəkkilinin günahının sübuta yetirilmədiyini iddia edib. Tehran isə bütün işgəncə xəbərlərini rədd edib.

Afkarıni ABŞ Prezidenti Donald Tramp və UFC (Mütləq Döyüş Çempionatı) rəhbəri Deyn Uayt müdafiə edib.

Afkarinin edamı ABŞ Dövlət katibi Mike Pompeo tərəfindən qınanılıb və o, bunu “insan ləyaqətinə açıq bir hücum” adlandırıb, ABŞ-ın bu cür cəzaları qətiyyətlə pislədiyini bildirib.

“Twitter”də diplomat döyüşçünün ölümünün unudulmayacağını yazıb.

Dünya Atletlər Birliyi edam hökmü yerinə yetirilərsə, İranın dünya idmanından kənarlaşdırılmasına çağırıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*