İranın hüquq-mühafizə orqanları Avropa ölkəsinin vətəndaşını İsrail kəşfiyyat xidmətlərində işləmək ittihamı ilə həbs edib.
KONKRET.az bildirir ki, bu barədə Həmədan vilayətinin prokuroru Abbas Nəcəfi məlumat verib.
“Casus ölkəyə turist adı altında daxil olub və İranda kəşfiyyat şəbəkələri yaratmaq, məlumat toplamaq və raketdən müdafiə sistemlərini sıradan çıxarmaq üzrə tapşırıqları yerinə yetirib”, – İran dövlət televiziyası onun sözlərindən sitat gətirir.
Tasnim xəbər verir ki, İranın Lorestan əyalətində ölkənin qərbində Mossad-ın 10 “casusu” həbs edilib. Məlumata görə, onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və İsrailin xeyrinə casusluqda ittiham olunurlar.
Müşviq Tofiqoğlu
KONKRET.az