İranda məhkəmə binasında terror aktı – ÖLƏNLƏR VARbackend

İranda məhkəmə binasında terror aktı - ÖLƏNLƏR VAR

İranın cənub-şərqində yerləşən Zəhedan şəhərində yerli məhkəmə binasına silahlı hücum həyata keçirilib.

KONKRET.az xəbər verir ki, “Haalvsh” Teleqram kanalının hadisə şahidlərinə istinadla yaydığı məlumata görə, silahlılar məhkəmə binasının içərisində atəş açıblar.

Nəticədə məhkəmə əməkdaşları və hərbçilər arasında ölən və yaralananlar var. Yaralı və həlak olanların dəqiq sayı hələlik açıqlanmayıb.

Hazırda hücum edən şəxslərin kimliyi və motivləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*