İranda minlərlə insan küçəyə çıxdı – Videobackend

İranda minlərlə insan küçəyə çıxdı - Video

Paytaxt Tehran da daxil olmaqla, İran şəhərlərində insanlar küçələrə çıxıb. Onlar İran hökumətindən İsrailə dərhal hərbi cavab tələb edirlər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Teleqram kanalları görüntü paylaşıb.

Bu arada İsrailin Müdafiə Nazirliyi bildirib ki, İran İsrailə cavab verə bilməz, çünki ölkənin Hərbi Hava Qüvvələrinin böyük hissəsinin rəhbərliyi yeraltı qərargahda keçirilən müşavirə zamanı məhv edilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına dağıdıcı zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*