İranda nə qədər azərbaycanlı yaşayır?- AÇIQLAMA- SİYAHIbackend

İranda nə qədər azərbaycanlı yaşayır?- AÇIQLAMA- SİYAHI

İranda (Cənubi Azərbaycanda) yaşayan azərbaycan türklərinin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz öz sosial şəbəkə hesabında məlumat verib:

“Mənə hər zaman müraciət edirlər ki, İran adlanan ölkədə azərbaycanlıların dəqiq sayı nə qədərdir? Mən də müəyyən çalışmalardan sonra aşağıdaki say və üstəgəl faktiki yaşadığımız ərazinin kv.km-ni müəyyən edə bildim.

Xatırladım ki, İranda yaşadığım dönəmdə müxtəlif vasitələrlə soydaşlarımızın sayını təyin etməyə çalışmışdıq və qeyd etdiyim statistika dəqiq statistikaya yaxındır:

Tehran: 8 milyon 2 yüz altmış min (13000 kv.km)
Qərbi Azərbaycan: 4 milyon 2 yüz min (38000 kv.km)
Şərqi Azərbaycan: 5 milyon 150 min (47000 kv.km)
Həmədan: 2 milyon (20000 kv.km)
Zəncan: 1 milyon 7 yüz əlli min (21000 kv.km)
Qəzvin: 1 milyon 5 yüz yetmiş min (18000 kv.km)
Ərdəbil: 1 milyon 7 yüz yetmiş min (18000 kv.km)
Gülüstan: 1 milyon 9 yüz əlli min (21000 kv.km)
Əlborz: 4 milyon yüz min (6000 kv.km)
Sava şəhəri: dörd yüz otuz min (4000 kv.km)
Ərak şəhəri: altı yüz yetmiş min (30000 kv.km)
Qum: 1 milyon yüz yetmiş min (7000 kv.km)
İsfahan: 1,170,000 (32000 kv.km)
Kürdüstan: 5 yüz min (5000 kv.km)
Xorasan: 4 milyon 6 yüz yetmiş min (200,000 kv.km)
Əhali: 39,300,000 nəfər azərbaycanlı
Ərazi: 485000 kv.km

Eyni zamanda digər ərazilərdə: 2 000 000 azərbaycanlının yaşadığı deyilir”.

Qaşqay türkləri: Şiraz, İsfahan, Simnan vəs: 3 000 000 nəfər
Türkmənlər: Əsasən Xorasanda yaşayırlar: 3 000 000 nəfər
Sonqur, Xələc vəs türkləri Kürdüstan, Kirmanşah, Loristan, Gilan, Bəndər Abbas, Bircənd və s. yerlərdə yaşayırlar – 1 500 000.

Əhali: 9 500 000”.

Vəsilə İbrahim
KONKRET.az

  • Bəhram Azəri
    İyul 26, 2022 - 02:24

    Bu qədər yalandan,hədsizlikdən, iyrənc iddialardan utanmaq lazımdır!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*