İranda neft hasilatı sutkada 3,4 milyon barrelə yüksəldibackend

İranda neft hasilatı sutkada 3,4 milyon barrelə yüksəldi

İranda neft hasilatı sutkada 2,9 milyon bareldən 3,4 milyon barelə yüksəlib.

KONKRET.az xəbər verir ki, bunu İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin rəsmi nümayəndəsi Seyyid Həmid Hüseyni deyib.

“Son hesabatlar göstərir ki, İranda neft hasilatı sutkada 3 milyon 400 min barelə yüksəlib, halbuki bir müddət əvvəl hasilat gündə təxminən 2 milyon 900 min barel olub”, – Hüseyni bildirib.

Onun sözlərinə görə, İran neft hasilatını sutkada 3,8 milyon barrelə çatdırmaq istəyir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*