İranda parlament seçkilərinin ikinci turu başlayırbackend

İranda parlament seçkilərinin ikinci turu başlayır

Bu gün İranda Məclisə (parlament) seçkilərin ikinci turu başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Seçki məntəqələrində səsvermə Bakı vaxtı ilə saat 07: 30-da başlayıb və 10 saat davam edəcək. Lazım gələrsə, bir və ya iki saat uzadıla bilər. Nəticədə 290 deputatdan qalan 11-nin adları müəyyənləşdirilməlidir.

Qeyd edək ki, Məclisə seçkilər İranda 21 fevralda keçirilib. Parlamentə gələn namizədlərin adları səsvermə bitdikdən bir neçə gün sonra əyalətlərin hər biri üçün ayrı-ayrılıqda elan edilib. 208 seçki dairəsindən 10-da ikinci tur aprel ayında baş tutacaqdı, ancaq koronavirus pandemiyası səbəbindən 11 sentyabr tarixinə təxirə salınıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*