İranın paytaxtında ikimərtəbəli binada partlayış baş verib.
KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Cəlal Mələki bildirib.
“Rey küçəsindəki ikimərtəbəli binada güclü partlayış baş verib. Həmin bina və qonşu binalar dağılıb, hazırda xilasedicilərhadisə yerində işləyir”, – deyə Mələki bildirib.
Dağıntılar altında insanların qalması istisna edilmir.
Hadisənin səbəbləri açıqlanmayıb.