İranda seçki məntəqələrinin işi yenidən uzadıldı – YENİLƏNİBbackend

İranda seçki məntəqələrinin işi yenidən uzadıldı - YENİLƏNİB

İranda prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin işi yenidən uzadılıb.

KONKRET.az İRİB-ə istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib. Daha əvvəl bildirilib ki, seçki məntəqələrinin iş müddəti əvvəlcə saat 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb.

22:11

İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.

KONKRET.az xəbər verir ki, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*