İranda şəhərlərarası gediş-gəliş məhdudlaşdırılacaqbackend

İranda şəhərlərarası gediş-gəliş məhdudlaşdırılacaq

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində İranda şəhərlərarası gediş-gəliş məhdudlaşdırılacaq.

KONKRET.az istinadən verdiyi xəbərə görə, bunu bu gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə keçirilən iclası şərh edərkən hökumət sözçüsü Əli Rəbii deyib. 

Hökumət sözçüsü bildirib ki, bu gün keçirilən iclasda Həsən Ruhani COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkə daxilində səyahətlərə sərt məhdudiyyətin tətbiq edilməsi planı barədə danışıb və bildirib ki, bu qərar tezliklə qəbul olunacaq və vətəndaşlar yeni qaydalarla bağlı çox qısa zamanda məlumatlandırılacaq.

Əli Rəbii əlavə edib ki, müəyyən istisnalar olmaqla hökumət orqanlarının işinin 9 gün dayandırılması da gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*