İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldubackend

İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu

İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın “Tasnim News” agentliyi məlumat yayıb.

Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.

“Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, – regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.

Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*