İranda Türkiyə bayrağını belə təhqir etdilər – VİDEObackend

İranda Türkiyə bayrağını belə təhqir etdilər – VİDEO

İranda Türkiyə bayrağının təhqir edildiyi görüntülər yayılıb.

KONKRET.AZ xəbər verir ki, İranda çəkilən görüntülərdə Türkiyə bayrağının yerə yapışdırıldığı, yoldan keçənlərin də onun üzərindən tapdalayaraq keçdiyi görünür.

Videonu lentə alan şəxsin isə PKK-nı dəstəkləyən sözlər dediyi eşidilir.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında sərhəd ərazilərini terrorçulardan təmizləmək üçün “Barış bulağı” əməliyyatını başladıb. Türk Ordusu bölgədən terrorçuları təmizlədiyi üçün ABŞ, İsrail, Fələstin və İran kimi ölkələr Türkiyəyə qarşı çıxaraq YPG-liləri dəstəkləyib.

Xəbərdə türk mediası “ABŞ-ın qoyduğu sanksiyalara qarşı Türkiyə İranın yanında olduğu halda, “Barış bulağı” əməliyatında İran YPG-li terrorçuları dəstəklədi” şərhini verib.

KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*