İranda xəbər portalının rəhbəri edam cəzasına məhkum edildibackend

İranda xəbər portalının rəhbəri edam cəzasına məhkum edildi

İran Ali Məhkəməsi, xarici kəşfiyyat və hökumət əleyhinə fəaliyyətlərlə əməkdaşlıqda şübhəli bilinən “Amad News” xəbər portalının rəhbəri Ruholla Zamı edam cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Tasnim agentliyi çərşənbə axşamı, iyunun 30-da İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qolyam Hussein İsmailiyə istinadən yayıb.

“O, ölüm hökmünə məhkum edildi” deyilib.

Bununla birlikdə, o, qərarın son olmadığını, şikayət verilə biləcəyini də əlavə edib.

Ötən ilin oktyabr ayında İran mediası Zamın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən tutulduğunu xəbər verib. O, hökumət əleyhinə fəaliyyətdə və Fransa, ABŞ və İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Daha sonra İran mediası həbsdən sonra “Amad News” portalının rəhbərini tutan video yayımlayıb.

O, xarici ölkələrdə fəaliyyət edən iranlı jurnalist və fəal kimi tanınır. Fransa onun daimi yaşayış yeri hesab olunur. 2017-2018-ci illərdə İrandakı etirazları işıqlandırmaqda xüsusilə aktiv olub.

Bundan əvvəl İranda CIA ilə əməkdaşlıq etməkdə və general Qasım Süleymaninin yeri haqqında məlumat verməkdə ittiham olunan bir “casus”a edam cəzası tətbiq edilib.

Xatırladaq ki, yanvarın 3-də Birləşmiş Ştatlar Bağdad hava limanında iranlı general Qasım Suleymanini məhv edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*