İran son həftələrdə ölkədə strateji obyektlərdə baş verən silsilə partlayışların və yanğınların təxribat aktları olduğundan, arxasında İsrailin dayandığından şübhələnir.
KONKRET.az bildirir ki, bu barədə“The New York Times” İranın yüksək vəzifəli rəsmilərinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünə istinadən məlumat yayıb.
Lakin nəşrə danışan İran rəsmiləri şübhələrini təsdiqləyən dəlil təqdim etməyiblər.
Son həftələr İranda müəmmalı partlayışlar və yanğınlar baş verib, nəticədə yaşayış kompleksləri, neft emalı zavodları və böyük hava limanının yaxınlığındakı yol yanıb.
İranla işləyən avropalı rəsmi bildirib ki, o da baş verənləri təxribat kimi qiymətləndirir və İsrailin bunda iştirakından şübhələnir. Dörd məmurun hamısı anonim danışıblar, çünki onlara açıq danışmaq səlahiyyəti yoxdur.
İctimaiyyət qarşısında çıxış edən İran rəsmiləri partlayışlara görə qaz sızması, zibil yanğınları və köhnə infrastrukturu günahlandırıblar. Onlar ictimaiyyətə qaz partlayışlarının nə üçün ölkə daxilində gündə bir-iki dəfə baş verməsi ilə bağlı heç bir inandırıcı izahat verməyiblər.
Müşviq Tofiqoğlu
KONKRET.az