“İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim əsasən Zəngəzurla bağlı oldu”.
KONKRET.az xəbər verir ki, bu barədə parlamentin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan özünün “Facebook” hesabında yazıb.
O, paylaşımında bunları qeyd edib: “Qarabağın Azərbaycanın nəzarətində olması İranın maraqlarına böyük ziyan kimi qəbul edilir. Eyni məntiqlə belə bir fikir var ki, Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi və sabitliyi üçün hansı addımı atsa da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə İran daim təhlükəsizlik təhdidi altında olacaq. İranlılarla təmaslarımda və çıxışlarımda təbii ki, onu da xatırlatdım ki, 44 günlük müharibədən sonra Azərbaycan irimiqyaslı silah-sursat alıb, Türkiyə birbaşa ordu islahatlarında iştirak edir, Qarabağın cənub bölgələrində hərbi infrastruktur yaradılır. Azərbaycan, Türkiyə və qeyri-sabitliyə can atan qeyri-regional qüvvələr Sünik üzərində cəmləşməklə əsas zərbəni İran istiqamətindən vuracaq.
Ermənistan və xüsusilə də Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir və bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar. Bu hərbi əməkdaşlığın nədən ibarət olduğu və Ermənistan hakimiyyətinin bunda nə dərəcədə maraqlı olması məsələnin tamam başqa mövzudur, çünki problem çoxqatlıdır”.
Natiq Səlim,
KONKRET.az