İrandan ABŞ-la müharibə ehtimalına REAKSİYA: “Hazırıq”backend

İrandan ABŞ-la müharibə ehtimalına REAKSİYA: "Hazırıq"

“İran istənilən avantüraya hazırdır, lakin mümkün müharibə ilə bağlı bəyanatları şayiə hesab edir”.

KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

O bildirib ki, İranın iştirakı ilə mümkün müharibə ehtimalı şayiədir və regionda gərginliyi artırmağa yönəlib. Lakin Tehran istənilən ssenariyə hazırdır.

“Bunlar əsasən informasiya müstəvisində yayılan şayiələrdir. Məqsəd regionda vəziyyəti süni şəkildə gərginləşdirməkdir. Bu rəvayətlər və onların yaratdığı psixoloji ab-hava bizə təsir etmir. Eyni zamanda, diplomatiya pəncərəsinin açıq qaldığına inanırıq, lakin istənilən avantüraya hazırıq”, – diplomat vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*