İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alındıbackend

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alındı

May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri – Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*