İranın xarici işlər naziri Abbas Araqçi İsraillə 12 günlük müharibədən sonra əldə edilən atəşkəsi “kövrək” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri o, Çin mediası CGTN-ə müsahibəsində səsləndirib. Nazir bildirib ki, Tehran hərbi əməliyyatların yenidən başlamasında maraqlı deyil, lakin atəşkəs rejiminin pozulması halında tam hazırlıq vəziyyətindədir.
Araqçi həmçinin qeyd edib ki, bölgədə sülh yalnız birtərəfli deyil, qarşılıqlı öhdəliklərlə mümkün ola bilər.
Natiq Səlim,
KONKRET.az
Спросить ChatGPT