İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTObackend

İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*