İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQbackend

İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ

“İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çünki bu məhsullar digərləri ilə müqayisədə daha ucuz təqdim olunur”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Baku Aktual” verilişində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

“İrandan gətirilən məhsullarda GMO aşkar olunub. Qeyd edim ki, qanunvericiliyə görə, GMO-nun əkilməsi, becərilməsi, satılması qadağandır. Ancaq edilən dəyişikliklərə əsasən, heyvan yemlərində bəzi hallarda icazə verilir. Məhsulların tərkibinə mütləq baxmaq lazımdır. Çünki əksəriyyətində soya lesitini var. Dünyada GMO-lu məhsullar sırasında soya bitkisi birinci yeri tutur. Bu səbəbdən nəinki İrandan, fərqli ölkələrdən gətirilən məhsulların tərkibində də soya lesitini var”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*