İrandan Türkiyəyə raketləri kimlər atır? – SENSASİON FAKTLARbackend

İrandan Türkiyəyə raketləri kimlər atır? - SENSASİON FAKTLAR

İrandan Türkiyəyə atılan 4-cü ballistik raket də NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bu hadisə İran–Türkiyə münasibətlərinə necə təsir edə bilər?

Hadisə ilə bağlı KONKRET.az-a danışan siyasətçi Aydın Sezər bildirib ki, Ankara İranın raket fəaliyyətlərini “dolayı təhdid” kimi deyil, birbaşa milli təhlükəsizlik riski kimi qiymətləndirir.

Rusiya Ermənistanı izləyir: Türkiyə dərhal hərəkətə keçməlidir ki...

Siyasətçinin sözlərinə görə, bu baxımdan da Milli Təhlükəsizlik Şurası və Milli Müdafiə Nazirliyi səviyyəsində İrana sərt şəkildə diplomatik xəbərdarlıqlar edilə bilər. Çünki bu, ikitərəfli münasibətlərdə gərginlik yaradır.

“İran Türkiyə ilə birbaşa münaqişə riskinə girməyəcək; Ankara da Tehranla “körpüləri yandırmaq” istəmir. Bununla belə, diplomatik kanallarda sərt bir tonun yaranması ehtimalı var”, — deyə Sezər əlavə edib.

Siyasətçi qeyd edib ki, dördüncü raket hadisəsi artıq “təsadüfi” deyil, trendə çevrilib.
Müharibə zamanı İranın tam olaraq hökumətin nəzarəti altında olub-olmadığı aydın deyil. Bu raket hücumlarının arxasında müxtəlif şəxslər dayana bilər. Çünki İranda komanda strukturu aradan qaldırılıb.

Aydın Sezərin fikrincə, yerli qüvvələr öz təşəbbüsü ilə də bu addımı ata bilər. Bu hadisələr Türkiyənin Qərb və NATO ittifaqı ilə əlaqələrini gücləndirmək üçün bir fürsətə çevrildi. Türkiyədə aparılan sorğular ictimaiyyətin NATO-ya inamının əhəmiyyətli bir hissəsinin artmağa başladığını göstərir.

Aydın Sezər vurğulayıb ki, hadisələr daha da irəli getməyəcək. Lakin ehtiyatlı olmaq lazımdır. Türkiyə-İran münasibətlərində pessimist mənzərənin yaranacağını gözləmirəm.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*