İrandan Türkiyəyə SƏRT CAVAB: “Dağıdıcıdır”backend

İrandan Türkiyəyə SƏRT CAVAB: "Dağıdıcıdır"

İran Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehranın Suriya siyasəti ilə bağlı açıqlamalarını “dağıdıcı” adlandırıb.

KONKRET.az xəbər verir ki, tənqidlərə səbəb onun “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədəki fəthləri naminə”böyük vəsait xərclədiyini deməsi olub.

Türkiyəli nazir bildirib ki, İranın Suriya siyasəti Tehrana böyük resurs və itkilər bahasına başa gəlib. O vurğulayıb ki, “köhnə səhvlər təkrarlanmamalıdır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu açıqlamalara cavab verib və qeyd edib ki, bəzi türk həmkarları öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına uyğun təhlükəsizlik sisteminin yaradılması olmalıdır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqları bölüşür”, – Bəqayi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*