2023-cü ildə İran hakimiyyəti dərinləşən daxili böhranla üzləşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Euractiv nəşri yazıb. Portalın müşahidəçilərinin fikrincə, respublika yeni dövrə qədəm qoyub ki, bu da ona etirazların davamını vəd edir.
“İran 2023-cü ildə daha çox etirazlara səbəb ola biləcək inqilabi prosesə daxil olacaq və tərəflərdən heç biri geri çəkilməyəcək. İranın ali lideri Xamenei respublikanın hicab taxmaq kimi ideoloji sütunlarında kompromislərin onun dağılmasına səbəb olacağına inandığından, quruluş repressiyaları ikiqat artıracaq”, mətndə deyilir.