İran bəzi təhlilçilərinin fikrincə, ölkədə uzun müddətdir davam edən iqtisadi tənəzzül və İslamçıların hakimiyyətdə olmasının 42-ci ildönümünü qeyd etdiyi bir vaxt regional təcridin artması hökmətin 1979-cu il inqilabına ideoloji bağlılığının davam etdirməsinin nəticəsidir.
Koronavirusla əlaqəli məhdudiyyətlər səbəbindən İran rəsmiləri inqilabın ildönümünü əvvəllər olduğu kimi ənənəvi mitinqlərlə deyil, hökumət tərəfdarlarını səfərbər edərək, çərşənbə günü ümummilli nəqliyyat vasitələrinin yürüşləri ilə qeyd edib.
İranın şiə ruhaniləri bir neçə ay davam edən mitinqlərdən sonra 1979-cu il fevralın 11-də İslam İnqilabı edərək, şah Məhəmməd Rza Pəhləvini devirib hakimiyyəti ələ keçirdi. İran prezidenti Həsən Ruhanınin cümə axşamı etdiyi müraciətində o, bir gün davam edən yürüşlərin “bu kritik anda böyük İran xalqının həmrəylik və ayıqlıq” nümayiş etdirdiyini deyib.
KONKRET.az xəbər verir ki, Yaxın Şərq İnstitutunun İran Proqramı direktoru Aleks Vatanka bildirib ki, “Əgər siz Tehranın rəsmi göstərişlərindən uzaqlaşsanız, mənzərə çox fərqli olar”.
“İransa iqtisadi və siyasi durum yaxşı deyil. Vətəndaş cəmiyyəti ümidisizliyə qapılıb. İranların əksəriyyəti ölkələrinin yanlış yolda irəlilədiyini və bu günün sevindirici olmadığını düşünür. 1979-cu ildə baş verənlərə görə bu gün təəssüf günüdür” – deyə, Vatanka əlavə edib.
2018-ci ildən, ABŞ-ın sanksiyalarını sərtləşdirməsindən sonra İran hökumətinin uzun müddətdir davam edən iqtisadiyyata dair səhv rəhbərliyi vəziyyəti daha da ağırlaşdırıb. Beynəlxalq Monitorinq Fondunun keçən ay dünya iqtisadiyyatı haqda yayımladığı son hesabatında İranın ardıcıl üçüncü ildir tənəzzül şəraitində yaşadığını, bu il isə Ümumdaxili Məhsul artımına qayıdacağını proqnozlaşdırıb.