İranın 6 sərhədçisi öldürüldübackend

İranın 6 sərhədçisi öldürüldü

İranın Pakistanla sərhəddə yerləşən Saravan bölgəsinin Məzəsər sərhəd zastavasına silahlı hücum nəticəsində 6 İran sərhədçisi öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə İran polis qüvvələrinin komandiri Əhmədrza Radan məlumat verib.

Öldürülənlərin üçü baş çavuş, üçü isə sıravı hərbçidir.

Sistan və Bəlucistan valiliyindən verilən məlumatda isə hücumun mayın 19-da silahlı cinayətkarlar tərəfindən həyata keçirildiyi və “Ceyşül Ədl” silahlı qruplaşmasının hücumun məsuliyyətini öz üzərinə götürdüyü bildirilib.

Qeyd edək ki, adıçəkilən qrup İranın Sistan və Bəlucistan əyalətində kompakt yaşayan etnik bəlucların təşkilatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*