“Ticarətin inkişafı ölkələrin siyasi və sosial əlaqələrini yaxşılaşdıra, ölkəmiz ən mühüm iqtisadi birliklərdən biri olan Avrasiya İttifaqı ilə əlaqələri genişləndirə bilər”.
KONKRET.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət naziri Abbas Əliabadi Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində bildirib.
O, İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılmasına dair tammiqyaslı sazişin imzalanmasını İran biznesi üçün yeni inkişaf mərhələsi adlandırıb. Nazirin sözlərinə görə, İran və Aİİ arasında tam miqyaslı Azad Ticarət Sazişi iranlı iş adamlarına böyük bazara çıxış deməkdir.
Vəli Həsənov,
KONKRET.az