Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu haqda meteorologiya üzrə ixtisalaşmış “Ogimet” saytı məlumat yayıb.
Bildirilib ki, iyulun 30-dan 31-ə keçən müddətdə Ümidiyyədə 51 dərəcə isti qeydə alınıb.
Bununla yanaşı, Əhvaz, Abadan, Dezful şəhərləri də dünyanın ən isti 15 şəhəri siyahısında yer alıb.