İranın Londondakı səfirliyi “Sky News”un İranın Rusiyaya raket göndərilməsi ilə bağlı iddiasını avantürist hekayə adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik İran Media” teleqram kanalı məlumat yayıb.
İranın Londondakı səfirliyi “Sky News” kanalının bir gəminin peyk fotosu əsasında İran raketlərinin Rusiyaya ötürüldüyünü iddia edən xəbərinə cavab olaraq yazıb:
“Raketin heç bir fotosu, raketlərin yüklənməsi və ya boşaldılmasına dair heç bir sübut, hətta raketin təyinatı belə yoxdur. Sadəcə limandakı gəminin fotosuna istinad edərək deyirlər ki, İran Rusiyaya raket göndərib. Bu hesabat peşəkar media yanaşmasına əsaslanaraq yazılmayıb, sadəcə avantürist hekayədir”.
Aygün Mirakif,
KONKRET.az