İranın neftayırma zavodunda güclü yanğın oldubackend

İranın neftayırma zavodunda güclü yanğın oldu

İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.

KONKRET.az İran mətbuatına istinadla xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*