İranın Qafandakı konsulu: “Heç kim Ermənistanın kiminlə dostluq edib-etməyəcəyini müəyyənləşdirə bilməz”backend

İranın Qafandakı konsulu: “Heç kim Ermənistanın kiminlə dostluq edib-etməyəcəyini müəyyənləşdirə bilməz”

“Heç kim Ermənistanın kiminlə dostluq edib-etməyəcəyini müəyyənləşdirə bilməz. Ancaq elə dövlətlər var ki, bölgədən minlərlə kilometr aralıda yerləşir və yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirməyə çalışırlar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri İranın Qafandakı Baş konsulu Murtaza Abedin Vəramin “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Baş konsul qeyd edib ki, Zəngəzur Tehran üçün çox vacibdir, çünki bu “erməni bölgəsi” İranla həmsərhəddir və iranlıların Ermənistanla bir neçə yüzillik münasibətləri, o cümlədən dil baxımından oxşar cəhətləri var.

Qeyd edək ki, ermənilərin Sünik adlandırdıqları ərazi tarixən Azərbaycanın Zəngəzur mahalının tərkibində olub, ancaq İran rəsmiləri coğrafi genosiddən heç söz açmırlar. Erməni yalanlarının qarşısını almaq əvəzinə, yeni yalan iddialar irəli sürürlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*