İranın vitse-prezidenti Cavad Zərif son altı ayda ikinci dəfə istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, İranın keçmiş xarici işlər naziri ötən il Məsud Pezeşkian prezident seçildikdən sonra siyasətə qayıdıb. Lakin o, son altı ayda ikinci dəfə vəzifəsindən istefa verib.
Keçmiş xarici işlər naziri və İran siyasətinin ağır çəkili şəxslərindən biri olan Zərif istefasını çoxsaylı təhdidlər, böhtanlar və dezinformasiya ilə izah edib. O bildirib ki, artıq universitetdəki işinə qayıtmaq qərarına gəlib.
Ötən il avqustun əvvəlində Zərif Məsud Pezeşkianın kabinetində vitse-prezident vəzifəsini tutub, 10 gün sonra bu vəzifəni tərk edib.
Lakin həmin ayın sonunda yenidən vitse-prezident olub. 2013-2021-ci illərdə siyasətçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib və nüvə sazişi üzrə baş müzakirəçi olub.
Müşviq Tofiqoğlu
KONKRET.az