İranla bağlı yayılan bu xəbər Tehranda şok yaratdıbackend

İranla bağlı yayılan bu xəbər Tehranda şok yaratdı

İsrail kəşfiyyat xidməti Mossadın rəhbəri David Bornea İrana qarşı kəskin mesajla çıxış edib.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb. Bornea Mossadın əvvəlkindən daha geniş və effektiv imkanlara sahib olduğunu vurğulayaraq bildirib:

“Bizim indi əvvəlkindən daha bacarıqlı və güclü əməliyyat imkanlarımız var, xüsusən də İran daxilində və hətta Tehranın mərkəzində”.

Məlumata görə, yayılan xəbərlər İranda ciddi rezonans doğurub. Yerli media yazır ki, Borneanın sözləri ölkə ictimaiyyətində narahatlıq yaradıb və təhlükəsizlik qurumlarına yönəlik tənqidlərin artmasına səbəb olub.

Analitiklərə görə, İsrailin bu cür açıq bəyanatı bir neçə məqsəd daşıyır. Onlardan ən əsası İran daxilində ictimai psixoloji təzyiq yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*