“İranla iqtisadi əlaqəmizi kəsməyəcəyik” – Ərdoğanbackend

“İranla iqtisadi əlaqəmizi kəsməyəcəyik” - Ərdoğan

“Biz İranla iqtisadi əlaqələrimizi kəsməmişik, bundan sonra da kəsməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“Türkiyə olaraq prinsipial mövqeyimizi qoruyuruq. Birtərəfli sanksiyaları bəyənmədiyimizi hər zaman ifadə etmişik. Qonşumuz İranla sanksiyalara görə iqtisadi əlaqələrimizi kəsməmişik, bundan sonra da kəsməyəcəyik”.

Ərdoğan bildirib ki, tarix boyu sivilizasiyaların beşiyi olmuş iki ölkə arasında köklü əlaqələr mövcuddur:

“İran ölkəmizin Asiyaya açılan qapılarından biri olduğu kimi, Türkiyə İranın Avropaya açılan qapısıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*