İranlı boksçunun Azərbaycanla bağlı dedikləri bu ölkədə QALMAQAL YARATDIbackend

İranlı boksçunun Azərbaycanla bağlı dedikləri bu ölkədə QALMAQAL YARATDI

Əslən Güney Azərbaycanın Zəncan bölgəsindən olan boksçu Fərşid Rüstəminin açıqlamaları İranda qalmaqala səbəb olub.

KONKRET.az xəbər verir ki, o, iştirak etdiyi verilişlərdən birində aparıcının suallarını cavablandırarkən Azərbaycan Cümhuriyyəti və İranda idmançılara verilən dəyəri müqayisə edib.

İdmançının sözlərinə görə, İranda boksla professional qaydada məşğul olmasına baxmayaraq, Azərbaycana gəldikdə məşqçisi Nəriman Abdullayev ona bildirib ki, “sən yumruq atmağı bacarırsan, boksu deyil”.

Onun sözlərinə görə, məşqçilər bildiriblər ki, sənin indiyədək uğurlarının səbəbi fiziki olaraq güclü olmağınla bağlıdır, əslində İranda sənə boksun heç bir taktikasını öyrətməyiblər.

Bundan sonra isə Fərşid Azərbaycanda boksu yenidən sıfırdan öyrənməyə başlayıb. Aparıcı daha sonra idmançıya Azərbaycan Cümhuriyyətində idman karyerasını davam etdirməyə görə nə vaxtsa öz-özlüyündə peşiman olub-olmadığı ilə bağlı sual verib. O isə əvəzində heç vaxt bunun baş vermədiyini, bütün həyatını Azərbaycan Cümhuriyyətinə borclu olduğunu deyib.

Fərşid daha sonra Azərbaycanla İranda idmançılara verilən dəyəri müqayisə edib.

O bildirib ki, əgər Zəncanda qalsaydı, hazırda böyük ehtimalla işsiz-gücsüz bir insan olacaqdı. Azərbaycana gəldikdən sonra isə burada Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstək və qayğı nəticəsində karyerasının inkişafı ilə yanaşı, şəxsi biznes qura bildiyini, eləcə də bədən tərbiyəsi üzrə doktorluq dərəcəsi aldığını deyib. Fərşid sonda bildirib ki, İranda yarışlarda udduğu mükafatların (qızıl) dəyəri çox aşağı olub və onlar yalnız yarışlara qatılmaq üçün Tehran-Zəncan yolunu gedib- gəlməyə sərf etməyə çatıb.

“Azad İran”

 

  • Amin
    Oktyabr 14, 2021 - 23:12

    Ana dilimdə hiss etmirəm(fərscə)
    Bizi tək qoyan Şimali Azərbaycan xalqına da üzülürəm
    Uşaqlıqdan alçaldılmışdıq, məktəbdə pulun olmamasından danışırdıq
    Farslar həmişə çubuqlarla üstümüzdə idi

    • Aqil
      Oktyabr 15, 2021 - 10:43

      Bəs siz niyə öz hüquqlarınızın tapdanmasına razı olub etiraz etmirsiniz? Çünki sizdə milli şüur hələ də tam oynamayıb. Nə qədər ki siz özünüzü türk yox iranlı kimi hiss edəcəksiniz, bundan artığını farslar sizin başınıza gətirəcək.

  • Ахлиман
    Oktyabr 15, 2021 - 13:46

    Уже время понимат Южный брать стат на защиту своего народа я так думаю за единий Азербайджан

Ахлиман üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*