İranlı diplomat: “İran sülhün bərqərar olunmasında mühüm rola malikdir”backend

İranlı diplomat: "İran sülhün bərqərar olunmasında mühüm rola malikdir"

İran Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasında mühüm rola malikdir”.

KONKRET.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin köməkçisi – Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu yerli mediaya müsahibəsində bildirib.

Müctəba Dəmirçilu bölgədəki ölkələrin məqsədinin sülh yaratmaq və həmçinin sülh sazişinin həyata keçirilməsini təmin olduğunu bildirərək deyib: “İran yeganə ölkədir ki, hər iki ölkə ilə ümumi sərhədi var və İrəvan və Bakının sülhə nail olmasını təmin edə bilər”.

O qeyd edib ki, regiondankənar ölkələrin bölgəyə daxil olması təbii olaraq onların öz maraqlarına xidmət edəcək. Onların maraqları regionun maraqları ilə üst-üstə düşmür və bu prosesləri çətinləşdirə bilər.

Dəmirçilu 3+3 formatı çərçivəsində əməkdaşlığa da toxunaraq, İranın da bu istiqamətdə töhfə verə biləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*