İranlı diplomat Qarabağ müharibəsinin başa çatmasını “Tehranın uğuru” kimi qələmə verib
KONKRET.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazıb:
“İranın prinsipial məqsədlərinin reallaşması ilə Qafqazda acı müharibə başa çatdı, Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Qarabağ azad edildi, beynəlxalq sərhədlər dəyişməz qaldı, təkfirçilər İran sərhədlərini tərk etdilər, ermənilərin təhlükəsizliyinin qorunub saxlanması təmin edildi və İran nüfuzlu aktor kimi tanındı”.