İranlı nazir: “Biz ABŞ-la müharibəyə yaxın idik”backend

İranlı nazir: “Biz ABŞ-la müharibəyə yaxın idik”

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani ABŞ hərbçiləri tərəfindən öldürüldükdən sonra İran və ABŞ müharibəyə yaxın oldular.

KONKRET.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  NBC telekanalına açıqlamasında deyib.

Zərif döyüş bölgəsindən kənarda olduğuna görə Süleymaniyə qarşı keçirilən əməliyyatı çirkin adlandırıb.

O, bu sui-qəsdin ABŞ tərəfindən təcavüz aktı olduğunu vurğulayıb.

Bundan əlavə, Zərif bu əməliyyatın ABŞ-ın Yaxın Şərqdəki iştirakının “sonunun başlanğıcı” olduğunu bir daha təkrar edib.

Yaxın Şərqdəki vəziyyət ABŞ Hərbi Hava Qüvvələrinin İran generalı Qasım Süleymaniyə raket zərbəsi endirməsindən sonra kəskinləşib. İranın Ali Rəhbəri Əli Xamenei generalın ölümü üçün qisas alacağına söz verib. Bundan sonra, yanvarın 8-nə keçən gecə ABŞ-ın İraqdakı bir neçə hərbi kontingenti İranın İslam İnqilabı Keşikçiləri Korpusuna hücum edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*