İraq parlamentinin yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək.
KONKRET.az-ın İraq Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu parlamentin sədr müavini Həsən əl-Kaabi deyib.
Bildirilib ki, o, Azərbaycanın Bağdaddakı səfiri Nasir Məmmədovun rəhbərliyindəki heyəti qəbul edib.
“Nəcəf və Kərbəla Azərbaycan xalqının ən sevdiyi səyahət bölgəsidir”, – İraqla Azərbaycan xalqları arasındakı tarixi və dini bağlara toxunan Kaabi deyib.
O əlavə edib ki, N.Məmmmədov tərəfindən rəsmi dəvət alıblar:
“Yüksək səviyyəli bir heyətimiz Azərbaycana səfər edəcək. Bu səfər çərçivəsində iki qardaş ölkə arasında 15 maddəlik müqavilə imzalanacaq”. qafqazinfo.az
Loading...