İraqda da partlayışlar oldu: “Telefonlar və ratsiyalar “göyə uçdu””backend

İraqda da partlayışlar oldu: "Telefonlar və ratsiyalar “göyə uçdu”"

Livandakı partlayışlarla eyni vaxtda İraqın Mosul şəhərində də Haşd əş-Şaabi silahlı qruplaşmasının qərargahında bir neçə portativ rabitə qurğusu (telefonlar və ratsiyalar) partlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-Hədat telekanalı İraqdakı mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, Livanda xeyli sayda peycerlər partlayıb. Nəticədə ölənlər və yaralananlar olub.

Yerli hakimiyyət bunun İsrail tərəfindən həyata keçirildiyini açıqlayıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*