İraqda dəhşətli terror: 7 ölü, 11 yaralıbackend

İraqda dəhşətli terror: 7 ölü, 11 yaralı

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

KONKRET.az xəbər verir ki, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*