İrəvan Bakı ilə sülhü yalnız bu ŞƏRTLƏ imzalayacaq – Armen Qriqoryan AÇIQLADIbackend

İrəvan Bakı ilə sülhü yalnız bu ŞƏRTLƏ imzalayacaq - Armen Qriqoryan AÇIQLADI

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “CivilNet” ilə müsahibə zamanı bəyan edib ki, “Dağlıq Qarabağ problemi” həllini tapmadan Azərbaycan ilə sülh sazişini imzalamaq mümkün olmayacaq.

KONKRET.az xəbər verir ki, Armen Qriqoryan sülh üçün Qarabağın ermənilər yaşayan hissəsilə bağlı, heç olmasa müəyyən dəqiqləşdirmələrin olmasını vacib sayıb:

“Erməni tərəfi Azərbaycanın təqdim etdiyi 5 baza prinsipin genişləndirilmiş variantı üzərində işləyib. Noyabrın 7-də iki ölkənin XİN rəhbərləri Vaşinqtonda bu əsnada görüşüblər. Hazırda Ermənistanla Azərbaycan arasındakı problemlərin kompleks həllinə imkan verən bu mətn çərçivəli razılaşma təsiri bağışlayır. Düşünürəm ki, artıq sülh prosesinin hansı səpkidə aparılması daha da müəyyənləşir”.

Sonda qeyd edək ki, “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və nə vaxtsa mövcud olan bu problem həllini tapıb. Ermənilər sülh istəyirlərsə, mövcud reallıqları qəbul etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Elə sülh prosesinin Qriqoryan kimilərinin başı üçün təzə-təzə müəyyənləşən çərçivələrinin qayəsi də bundan ibarətdir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*