“İrəvan hələ ki, Bakının sülh sazişi ilə bağlı son təkliflərinə cavab verməyib”.
KONKRET.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun müxbiri ilə söhbətində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
O bildirib ki, Ermənistan Azərbaycanın sentyabrda irəli sürdüyü sülh sazişi təkliflərinə hələ də cavab verməyib.
Günel Mikayılova,
KONKRET.az