İrəvan Bələdiyyə Şurasının üzvü Rusiyadan siyasi sığınacaq istədibackend

İrəvan Bələdiyyə Şurasının üzvü Rusiyadan siyasi sığınacaq istədi

İrəvan Ağsaqqallar Şurasının (Bələdiyyə Şurası) üzvü, “Ana Ermənistan” müxalifət fraksiyasının üzvü Narine Ayrapetyan Rusiyadan siyasi sığınacaq istəyib.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, bununla bağlı bəyanatı canlı yayımda elan edib.

Onun sözlərinə görə, Ermənistanda siyasi rəqibələrə və hakim partiyanın nümayəndələrinə qarşı siyasi təqiblər davam edir.

N.Ayrapetyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana və “Hayastan” blokunun üzvü Andranik Tevanyana qarşı yalan ifadə verməyə məcbur edildiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*