Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edib və Vaşinqtonun razılığından sonra onu de-yure tərk edəcək.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Russia Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Ermənistanın hara getdiyi bəllidir. O, faktiki olaraq KTMT-ni tərk edib. Əldə etdiyimiz məlumatlara görə, onların de-yure getməmələrinin yeganə səbəbi Dövlət Departamentindən hələ də icazə almamalarıdır. Onu alan kimi gedəcəklər”, – Əliyev bildirib.