İrəvan küçələrində fars dilində reklam yayıldı: “Hər şey yaxşı olacaq”backend

İrəvan küçələrində fars dilində reklam yayıldı: “Hər şey yaxşı olacaq”

İrəvan bələdiyyəsi koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrə dəstək aksiyası keçirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı İrəvan merinin mətbuat katibi Hakob Karapetyan öz Facebook səhifəsində yazıb.

“Bu günlərdə İrəvan küçələrindəki bilbordlarda virusla mübarizə aparan dost ölkələrə dəstək olan video görünəcək”. O, belə deyib.

Karapetyan, həmçinin İtaliya və İranın bayraqları olan reklam lövhələrini əks etdirən video yayımlayıb.

“Hər şey yaxşı olacaq!”. Mətbuat katibi bu sözləri erməni, italyan, fars və ingilis dillərində qeyd edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*