İrəvan Lavrovun Qarabağla bağlı açıqlamasından şoka düşdü:  “Erməni nazir istefa verməlidir”backend

İrəvan Lavrovun Qarabağla bağlı açıqlamasından şoka düşdü:  “Erməni nazir istefa verməlidir”

Erməni analitik Karen Bekaryan özünün Facebook səhifəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mərhələli variant barədə verdiyi açıqlamaya münasibət bildirib və Ermənistan Xarici İşlər Nazirinin istefa verməsini istəyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Analitik daha sonra bunları yazıb:

“Strateji tərəfdaş, Ermənistanın müttəfiqi, Rusiya Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupunun həmsədri, Qarabağ tənzimlənməsinin mərhələli bir variantının (ilk mərhələlərin gözləntilərini müzakirə etməklə) danışıqlar masasında müzakirə olunduğunu və bunun ətrafındakı razılaşmanın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçirilməsində vacib bir addım olacağını bildirdi.

Rusiya Xarici İşlər Nazirinin dedikləri həqiqətə uyğun deyilsə, bu, sadəcə Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin tam uğursuzluğunun bir göstəricisidir, çünki heç bir səbəb olmadan səhv məlumatlandırma təxribatı təşkil edilmir.

Rusiya Xarici İşlər Nazirinin dedikləri doğrudursa, onda biz Ermənistanın milli və dövlət maraqlarının çökməsi və cəmiyyətimizin ardıcıl aldadılması ilə məşğuluq.

Hər iki halda Xarici İşlər Naziri istefa verməli və ya vəzifəsindən uzaqlaşdırılmalıdır.

Xarici İşlər Naziri getməsə və ya kənarlaşdırılmasa, bu, Baş Nazir Nikol Paşinyanın bütün ortaya çıxan nəticələrlə birbaşa cavabdeh olacağı anlamına gəlir …

P.S. Lavrovdan qazın qiyməti barədə də soruşuldu, cavab isə çox ağıllı oldu…”

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*