“Biz Azərbaycanın sülh müqaviləsinə cavabını almışıq, lakin kommunikasiyaların açılması, qarşılıqlı nəzarət mexanizmi və silahların yoxlanılması ilə bağlı təkliflər hələ də cavabsız qalır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Sputnik Armenia” agentliyinə bildirib.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.//“Qafqazinfo”