“Ermənistan və Azərbaycan regional kommunikasiyaların bloklanması məsələsində razılığa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ümumi məsələlərdə (kommunikasiyaların blokunun açılması) qarşılıqlı anlaşma var, mövcud problemlər texniki xarakter daşıyır, məsələn, hansı yükün hansı marşrutda olması ilə bağlı. Biz bütün yolların açılmasının tərəfdarıyıq”, – deyə o bildirib.
Natiq Səlim,
KONKRET.az