İrəvanda 5 vəzifəli şəxs İSTEFA VERDİ – NƏ BAŞ VERİR?backend

İrəvanda 5 vəzifəli şəxs İSTEFA VERDİ - NƏ BAŞ VERİR?

 

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Qazaryan vəzifələrindən azad olunmaq üçün ərizə verib.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Radar Ermənistan” nəşri yayıb.

Xatırladaq ki, bir müddət əvvəl KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın da vəzifədən azad edilməsi ilə bağlı ərizələr təqdim etdiyi barədə məlumat yayılmışdı.

Yayılan digər informasiyaya görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.

News.am-a müsahibəsində komitənin mətbuat katibi Marina Ohancanyan bu məlumatı təkzib edərək, bundan xəbərsiz olduğunu deyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*